Haqqımızda

STD GLASS - Sizin Güvənli Partnyorunuz

STD GLASS şirkəti yeyinti sənayesində və məişətdə istifadə olunan şüşə qablar (banka və butulkalar) istehsal edir.
Şirkətimiz bazar iqtisadiyyatının prinsiplərinə əsaslanaraq müasir və çevik istehsalat qurmuşdur. İstehsalatımızda tətbiq etdiyimiz avtomatlaşdırılmış şüşə formalaşdıran avadanlığın texnoloji imkanları yüksək keyfiyyətli, müxtəlif çeşidli, standart və ya ekslüziv butulka və bankaların hazırlanmasını mümkün edir.

STD GLASS şirkətinin istehsal sahəsi gözəl paytaxtımız Bakıdan 30 km aralıqda yerləşən ölkəmizin sənayə üzrə ikinci şəhəri olan Sumqayıtda yerləşir. Şirkətimizdə xaricdə təhsil almış mühəndis konstruktor, texnoloq və şüşə formalaşdıran maşınlarda çalışan yüksək ixtisaslaşmış texniki işçi heyəti fəaliyyət göstərirlər.